CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Pərviz Abubəkirov: “Regionlarda gənc tibbi kadrlara ehtiyac var”

© AZƏRTACPərviz Abubəkirov
Pərviz Abubəkirov - Sputnik Azərbaycan
Abunə olmaq
Səhiyyə Nazirliyinin mətbuat katibi Pərviz Abubəkirov deyir ki, gənc həkimlərin region xəstəxanalarındakı vəziyyəti, yaradılan şəraiti, müasir avadanlığı görməsini və gəlib buralarda da çalışmasını istəyərdik
Pərviz Abubəkirov: “Bütün regionlarda media-turların keçirilməsi planlaşdırılır”

“Səhiyyə Nazirliyi tərəfindən təşkil edilən media-turun əsas məqsədi ictimaiyyəti KİV nümayəndələri vasitəsilə Azərbaycanın regionlarında səhiyyənin mövcud vəziyyəti barədə məlumatlandırmaqdır”. Sputnik Azərbaycan xəbər verir ki, bu sözləri Səhiyyə Nazirliyinin mətbuat katibi Pərviz Abubəkirov Şəkidə media nümayəndələrinə müsahibəsində deyib.

“Biz istəyirik ki, gənc həkimlərimiz region xəstəxanalarındakı vəziyyəti, yaradılan şəraiti, müasir avadanlığı görsünlər və gəlib buralarda da çalışsınlar. Çünki regionlarda, ucqar kəndlərdə ixtisaslı gənc tibbi kadrlara ehtiyac var. Qeyd edim ki, media-turlar bundan sonra da davamlı olacaq.       Növbəti tədbir Quba şəhərində reallaşacaq. Gələcəkdə belə media-turların ölkənin bütün regionlarında keçirilməsi nəzərdə tutulur” - deyə o bildirib.

Mətbuat katibinin fikirlərinə audiofaylda qulaq asa bilərsiniz

Xəbər lenti
0