CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Millət vəkili sığorta haqqında qanuna dəyişikliklərin mahiyyətini açıqladı

© Sputnik / Murad OrujovHadı Rəcəbli, Milli Məclisin Komitə sədri
Hadı Rəcəbli, Milli Məclisin Komitə sədri - Sputnik Azərbaycan
Abunə olmaq
Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli deyir ki, qanuna ediləcək dəyişikliklərlə əlaqədar həm sahibkarın vergi yükü azalır, həm işçilər sosial sığortaya cəlb olunur
Hadı Rəcəbli: “Bu layihə sahibkara, həm də işçiyə dəstəkdir”

Sosial sığorta haqqında qanuna dəyişikliklə bağlı fikirlər artıq uzun müddətdir ki, müzakirə olunur. Mahiyyət qeyri-leqal məşğulluğun qarşısının alınmasıdır. Sputnik Azərbaycan xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli parlamentin ötən gün keçirilən iclasında “Sosial sığorta haqqında” qanunda dəyişiklik edilməsi barədə layihəni təqdim edərkən deyib.

“Bildiyiniz kimi qeyri-leqal fəalyyətlə məşğul olan işçilərin sosial sığortası yoxdur. Bu baxımdan prezident İlham Əliyev tərəfindən 2017-ci il 9 oktyabr tarixli imzalanan sənədə əsasən qeyri-leqal məşğulluğun qarşınının alınması ilə bağlı tədbirlər görülür. Bizim istədiyimiz leqallaşma ilə bağlı addımlar Vergilər Nazirliyi tərəfindən atılır. Digər bir istəyimiz sosial sığorta ilə bağlıdır. Qanuna ediləcək dəyişikliklərlə əlaqədar həm sahibkarın vergi yükü azalır, həm işçilər sosial sığortaya cəlb olunur. Əvvəllər əməliyyatlar DSMF tərəfindən aparılırdısa, indi bu məsələ Vergilər Nazirliyi tərəfindən tənzimlənəcək. Bütövlükdə layihə sahibkara, həm də işçiyə dəstəkdir”.

Millət vəkili Hadı Rəcəblinin fikirlərinə audiofaylda qulaq asa bilərsiniz        

Xəbər lenti
0