SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Ekspert: “Suriyada hərbi əməliyyatların keçirilməsi ehtimalları yüksəlir”

© Sputnik / STRMübariz Əhmədoğlu, politoloq
Mübariz Əhmədoğlu, politoloq - Sputnik Azərbaycan
Abunə olmaq
Politoloq Mübariz Əhmədoğlu deyir ki, Türkiyə və Rusiya müdafiə nazirləri əvvəlcədən hazırladıqları planları reallaşdırmaqla məşğuldurlar
Mübariz Əhmədoğlu: “Qərb və Rusiya arasında hərbi əməliyyatların olacağı ehtimal olunur”

Türkiyənin milli müdafiə naziri Hulusi Akar və Rusiya Federasiyasının müdafiə naziri Sergey Şoyqu arasında telefon danışığı olub. Müdafiə nazirləri telefon danışı zamanı regional təhlükəsizliyi və təhlükəsizliyin qorunması üçün texniki və taktiki tədbirləri müzakirə ediblər.

Politoloq Mübariz Əhmədoğlu Sputnik Azərbaycan-a deyir ki, hazırda qərb və Rusiya arasında hərbi əməliyyatların olacağı ehtimal olunur:

“İndiki məqamda hərbi aktivliyin mərkəzi Qara dənizdir. Əgər burada təxribatlar baş tutmayacaqsa, bu halda Suriyada yenidən hərbi əməliyyatların keçirilməsi ehtimalları yüksəlir. Türkiyə və Rusiya müdafiə nazirləri əvvəlcədən hazırladıqları planları reallaşdırmaqla məşğuldurlar. İdlibdə və Suriyanın digər ərazilərində onların hərbi fəaliyyət planları mövcuddur. Ona görə də nazirlər müntəzəm olaraq müzakirələr aparırlar”.

Politoloqun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

Xəbər lenti
0