07:12 13 Dekabr 2018
Canlı yayım
  • USD1.7000
  • RUB0.0256
  • EUR1.9254

Ekspert: “Dövlət qurumları bəzi informasiyaları məcburən açıqlamalıdır”

RADİO
Qısa URL
93 0 0

Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz deyir ki, dövlət qurumlarında informasiya açıqlığı göstəricisində artım müşahidə olunur

“Azərbaycanda dövlət qurumlarının saytlarında vəziyyət müsbətə doğru dəyişir”. Bunu Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz dövlət qurumlarının internet resurslarının fəaliyyətini Sputnik Azərbaycan-a şərh edərkən deyib.

Ekspert sözlərinə görə, aparılan monitorinqlərin nəticəsi göstərir ki, dövlət qurumları qanunvericilikdə nəzərdə tutulan informasiyaları internet resurslarında yerləşdirilməsinə çalışırlar:

“Yəni, informasiya açıqlığı göstəricisi artmağa doğru gedir. Qanunvericilikdə bəlli informasiyalar var ki, dövlət qurumu məcburən onu açıqlamalıdır. Biz bunu informasiyanın keyfiyyəti, kəmiyyəti və əlçatımlığı baxımından qiymətləndiririk. Ancaq onu demək lazımdır ki, bu sahədə də dövlət qurumları arasında ciddi bərabərsizlik var. Xeyli sayda dövlət qurumunda informasiya açıqlığı göstəricisi aşağıdır”.

Osman Gündüzün geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

Əsas mövzular