15:17 17 Dekabr 2018
Canlı yayım
  • USD1.7000
  • RUB0.0255
  • EUR1.9230

Dünya Kubokunda ikinci olmuş idmançımız: “Mübarizə çətin idi”

RADİO
Qısa URL
68 0 0

Azərbaycan gimnastı Abdulla Əl-Məşayxi deyir ki, akrobatika gimnastikası üzrə Dünya Kubokunda mübarizə çətin idi

“Bakıda keçirilən akrobatika gimnastikası üzrə Dünya Kubokunda mübarizə çətin idi”.

Sputnik Azərbaycan xəbər verir ki, bunu akrobatika gimnastikası üzrə Dünya Kubokunda qarışıq cütlük tərkibində Ruhidil Qurbanlı ilə birgə “gümüş” medal qazanan Azərbaycan gimnastı Abdulla Əl-Məşayxi deyib.

“Əhval-ruhiyyəmiz əladır. Biz, hamı kimi birinci yer uğrunda mübarizə aparırdıq. Mübarizə çətin idi, amma biz də zəif komanda deyilik. Bütün bizi dəstəkləyənlərə təşəkkür edirəm. Akrobatika gimnastikası üzrə baş məşqçimiz İradə Qurbanovaya da təşəkkürümü bildirmək istəyirəm, onun sayəsində biz bu gümüş medalı qazandıq”  - deyə o bildirib.

Abdulla Əl-Məşayxinin fikirlərinə audiofaylda qulaq asa bilərsiniz

Əsas mövzular