13:44 16 Dekabr 2018
Canlı yayım
  • USD1.7000
  • RUB0.0256
  • EUR1.9314
Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov
© Sputnik / Murad Orujov

Nazir partlayış baş verən binanın taleyinə aydınlıq gətirdi

RADİO
Qısa URL
175 0 0

Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov deyir ki, hazırda 3 nəfər həlak olub, bir nəfər isə yaralı vəziyyətdə hərbi hospitala yerləşdirilib

“Partlayış haqqında məlumat səhər saat 5:40-da daxil olub”. Sputnik Azərbaycan xəbər verir ki, bunu Gəncə şəhərinin Kəpəz rayonunda yaşayış binasında baş vermiş uçqunla əlaqədar jurnalistlərə açıqlamasında Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov deyib.

Nazir bildirib ki, ilkin məlumatlara görə partlayış binanın ikinci mərtəbsində baş verən qaz sızması nəticəsində baş verib: “Hazırda 3 nəfər həlak olub, bir nəfər isə yaralı vəziyyətdə hərbi hospitala yerləşdirilib. Axtarış-xilasetmə işləri davam etdirilir. Axtarışa kinoloji xidmətin itləri də cəlb olunub. Əgər burada hansı reaksiya olmazsa təmizləmə işləri davam etdiriləcək. Daha sonra isə binanın qalıb-qalması və ya sökülüb yenidən tikilməsi barədə qərar veriləcək”.

Nazirin fikirlərinə audiofaylda qulaq asa bilərsiniz

Əsas mövzular