SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Politoloq: “Avropa-Rusiya müttəfiqliyi qurula bilər”

© Sputnik / STRMübariz Əhmədoğlu, politoloq
Mübariz Əhmədoğlu, politoloq - Sputnik Azərbaycan
Abunə olmaq
Politoloq Mübariz Əhmədoğlu deyir ki, ABŞ müttəfiqlərinə qarşı apardığı siyasətlə vəziyyətdən qazanclı çıxmağa çalışır
Mübariz Əhmədoğlu: “Trampın siyasəti ABŞ-a uğursuzluq gətirə bilər”

“İlk baxışdan Trampın yeritdiyi siyasət bəsit və kökü olmayan kimi görünür”. Bunu ABŞ-ın müttəfiqlərinə qarşı siyasətini Sputnik Azərbaycan-a şərh edərkən politoloq Mübariz Əhmədoğlu deyib.

Politoloq bildirib ki, Tramp konseptual siyasət aparır: “Bu siyasətin arxasında ABŞ-ı gücləndirmək və onun üçün pul toplamaq dayanır. ABŞ müttəfiqlərinə qarşı apardığı siyasətlə vəziyyətdən qazanclı çıxmağa çalışır. Tramp düşünür ki, bu siyasətin aparılması geciksə, ABŞ uğursuzluqla üzləşə bilər. Avropada Trampın siyasətindən kifayət qədər narazı olanlar var. Bu narazılıq Avropa ölkələrinin ABŞ-la müttəfiqlikdən çıxmasına şərait yaradır. Bunun nəticəsində Avropa dövlətləri Rusiya ilə uğurlu müttəfiqlik yarada bilərlər. Trampın hazırki siyasətinin ABŞ üçün uğursuzluq gətirmək riski var”.

Qeyd edək ki, son zamanlar ABŞ-ın Fransa və Səudiyyə Ərəbistanı ilə münasibətlərində gərgilik müşahidə olunur. ABŞ səudiyyəli jurnalist Camal  Xaşuqci cinayəti ilə bağlı Səudiyyə Ərəbistanının 17 vəzifəli şəxsinə qarşı sanksiya tətbiq edib.

Politoloqun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

Xəbər lenti
0