19:04 15 Dekabr 2018
Canlı yayım
  • USD1.7000
  • RUB0.0256
  • EUR1.9314
Transxəzər nəqliyyat dəhlizinin perspektivlərinə həsr olunmuş dəyirmi masa
© Sputnik / Murad Orujov

İqtisadçı: “Azərbayan Avropa üçün əhəmiyyətini sübut edib”

RADİO
Qısa URL
65 0 0

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) professoru Elşad Məmmədov deyir ki, bu layihələrlə Azərbaycan Avropa üçün yeni enerji daşıyıcılarının səhifəsini açıb

“Bakı-Tbilisi-Ceyhan iqtisadiyyatın neft və qeyri-neft sektorunun inkişafı üzrə əsas bazası kimi qəbul olunmalıdır”. Bunu Sputnik Azərbaycan-a açıqlamasında  Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) professoru Elşad Məmmədov deyib.

Professor bildirib ki, Azərbaycanda iqtisadiyyatın dövlət tənzimləməsi ilə bağlı bünövrə neft strategiyasına söykənib: “Ona görə də BTC-nin Azərbaycan iqtisadiyyatının inkişafına təsiri sözsüz ki, çox böyük olub. Nəzərə almaq lazımdır ki, Azərbaycanda iqtisadi artımın əsasını təşkil edən investisiya axınlarının sürətlənməsi də məhz bu layihə ilə bağlıdır. Ölkəmizdə həyata keçirilən invetisiya proqramlarının tam əksəriyyəti neft sektoru ilə bağlıdır. Bu layihələrlə Azərbaycan Avropa üçün yeni enerji daşıyıcılarının səhifəsini açıb. Ona görə də, bu məsələnin əhəmiyyətinə təkcə iqtisadi deyil, həm də geosiyasi anlamda yanaşmaq lazımdır. Azərbayan Avropa üçün ciddi enerji daşıyıcısı kimi əhəmiyyətini sübut edib. Ona görə də, ölkəmizin dünyanın enerji xəritəsində statusunu formalaşdırması üçün BTC böyük rolu olmuşdur”.

Qeyd edək ki, BTC kəmərinin çəkilişi ilə bağlı İstanbul Bəyannaməsinin imzalanmasından 19 il ötür.

Ekspertin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

 

Əsas mövzular