07:10 13 Dekabr 2018
Canlı yayım
  • USD1.7000
  • RUB0.0256
  • EUR1.9254

Professor: “İnsanların hərəkətsiz həyat tərzi böyük problemdir”

RADİO
Qısa URL
248 0 0

Həkim Adil Qeybulla deyir ki, hərəkətsizlik bir çox xəstəliklərin yaranmasına gətirib çıxarır

“Bu il şəkərli diabet xəstələri üçün dövlət tərəfindən ayrılan maliyyə vəsaiti artırılaraq 36 milyon manata çatdırılıb, amma dərmanlar xarici valyuta ilə alındığı üçün bu vəsait çatmır”. Bunu Respublika Endokrinoloji Mərkəzinin direktor müavini Babək Saleh deyib.

Tibb eləmləri doktoru, professor Adil Qeybulla isə Sputnik Azərbaycan-a bildirib ki, qlükoza olmasa, insan orqanizminin sağlamlığından söhbət gedə bilməz:

“Enerji mənbəyi olduğu üçün karbohidratlar da insan orqanizminə lazımdır. İnsanın beyin hüceyrələri daim işləyir. Orqanizmdə çox çətin kimyəvi proseslər gedir. Bu proseslərin getməsi üçün qlükoza sərf edilir. Hətta şəkər xəstələrinin orqanizmində qlükozanın normada olmaması belə, onların səhhətləri üçün ziyandır. Sadəcə olaraq şəkərdən həddindən artıq istifadə etmək düzgün deyil. Gün ərzində şəkər qəbul edilməsə, qanda şəkərin miqdarı düşər və insan huşunu itirə bilər. İnsanların hərəkətsiz olması böyük problemdir. Bu da onlara təsir edir və bir çox xəstəliklərin yaranmasına gətirib çıxarır. İnsan oturaq həyat keçirirsə, onda az, idmanla məşğul olursa, bir qədər çox qlükoza qəbul etməlidir”.

Qeyd edək ki, gələn ilin dövlət büdcəsində şəkərli diabet xəstələri üçün ayrılacaq maliyyə vəsaitinin artacağı gözlənilir.

Professorun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

Əsas mövzular