15:57 16 Dekabr 2018
Canlı yayım
  • USD1.7000
  • RUB0.0256
  • EUR1.9314

Ekspert: “Azərbaycan çayı ölkəyə valyuta gəlməsinə şərait yaradacaq”

RADİO
Qısa URL
137 0 0

İqtisad elmləri doktoru Müslüm İbrahimov deyir ki, bizdə becərilən çay növləri daha bahalıdır

“Azərbaycanda çayçılığı inkişaf etdirmək üçün bütün şərait mövcuddur”. Bunu Sputnik Azərbaycan-a açıqlamasında Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) dosenti, iqtisad elmləri doktoru Müslüm İbrahimov deyib.

Ekspert bildirib ki, Azərbaycan bu statusuna görə öz məhsulunu sata bilər: “Bu məhsullar vayuta tutumlu məhsullardır.Bizdə becərilən çay növləri daha bahalıdır. Bizim məhsullarımıza, əsasən, Qərbi Avropada tələbat var. Bu da xarici valyutanın Azərbaycana gəlməsi üçün şərait yaradır. Yəni bu məhsulların istehsalı bizim üçün yenilik deyil. Mövcud iqlim şəraiti və təcrübəmiz bu məhsulların istehsalının artırılması üçün əlverişlidir. Aksioma kimi qəbul olunmalıdır ki, bu məhsullar istehsal edilib dünya bazarına çıxarılmalıdır”.

Qeyd edək ki, ötən həftə Lənkəran şəhərində “Çay, çəltik və sitrus meyvələri” festivalı keçirilib.

Ekspertin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

 

Əsas mövzular