SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Politoloq: “Azərbaycan Belarusa etibar edir”

© Sputnik / Murad OrujovВидеомост Баку-Минск в мультимедийном пресс-центре Sputnik Азербайджан
Видеомост Баку-Минск в  мультимедийном пресс-центре Sputnik Азербайджан - Sputnik Azərbaycan
Abunə olmaq
Politoloq Fikrət Sadıxov deyir ki, Azərbaycan-Belarus münasibətləri yüksək səviyyədədir
Fikrət Sadıxov: “Münasibətlərimiz strateji partnyorluq xarakteri daşıyır”

“Azərbaycan-Belarus münasibətləri strateji partnyorluq xarakteri daşıyır”. Bunu Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində keçirilən videokörpüdə politoloq Fikrət Sadıxov deyib.

Politoloq bildirib ki, Belarusla əməkdaşlığımızın əsas istiqamətlərini iqtisadi, siyasi və hərbi-texniki əməkdaşlıq təşkil edir:

“Biz Belarusdan hərbi texnika alırıq və keyfiyyətinin yüksək olmağına görə etibar edirik. Prezident İlham Əliyevin Belarusa gözlənilən səfərində çox güman ki, bu məsələlər də müzakirə olunacaq. O cümlədən Belarusun KTMT-də tutduğu mövqeyi də bəyənirik. Bu baxımdan Azərbaycan-Belarus münasibətlərinin hazırki səviyyəsini yüksək qiymətləndiririk. Düşünürəm ki, ölkə prezidentinin Belarusa səfərindən sonra bu münasibətlər daha da yüksək səviyyəyə qalxacaq”.

Qeyd edək ki, gələn həftə prezident İlham Əliyevin Belarusa səfər edəcəyi gözlənilir.

Politoloqun fikirlərinə audiofaylda qulaq asa bilərsiniz

Xəbər lenti
0