SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

İrana qarşı sanksiyalar regiona necə təsir edəcək - Politoloq şərh edir

© Sputnik / Murad OrujovPolitoloq İlqar Vəlizadə
Politoloq İlqar Vəlizadə - Sputnik Azərbaycan
Abunə olmaq
Politoloq İlqar Vəlizadə deyir ki, İrana qarşı sanksiyalar egion ölkələrinə az təsir edəcək
İlqar Vəlizadə: “Sanksiyalar region ölkələrinə çox təsir etməyəcək”

“İrana qarşı sanksiyalar region ölkələrinə az təsir edəcək”. Bunu Sputnik Azərbaycan-a açıqlamasında politoloq İlqar Vəlizadə deyib.

Politoloq bildirib ki, region ölkələri İranla əsasən sadə ticari mübadilələr aparır:

“Azərbaycanın İranla ikitərəfli ticarət dövriyyəmiz 260 milyon dollar civarındadır. Bu da əsasən neft-kimya və aqrar sahədə olan əlaqələrdən formalaşır. İranın ən çox ticarət dövriyyəsinə malik olduğu ölkə Türkiyədir. ABŞ-ın son vaxtlar Türkiyəyə qarşı siyasətinin yumşalması onu deməyə əsas verir ki, sanksiyalar Türkiyəyə də bir o qədər təsir etməyəcək”.

Noyabrın 5-dən etibarən ABŞ-ın İrana qarşı tətbiq etdiyi sanksiyaların ikinci mərhələsi qüvvəyə minib.

Politoloqun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

Xəbər lenti
0