21:38 18 Noyabr 2018
Canlı yayım
  • USD1.7000
  • RUB0.0258
  • EUR1.9267
Politoloq Fikrət Sadıxov
© Sputnik / Murad Orujov

Politoloq: “Suriyada hələ uzun müddət qan töküləcək”

RADİO
Qısa URL
11010

Politoloq Fikrət Sadıxov deyir ki, Suriya məsələsinin həll olunmamasının səbəbi maraqların toqquşmasıdır

“İstanbulda Suriya məsələsi ilə bağlı 4 dövlət rəhbərinin görüşü çox əhəmiyyətli hadisə idi”. Bunu Sputnik Azərbaycan-a Suriya məsələsi ətrafında cərəyan edən hadisələri şərh edərkən politoloq Fikrət Sadıxov deyib.

Politoloq bildirib ki, Fransa və Almaniya da Avropanın təmsilçisi kimi bu məsələdə öz sözünü deyə bilər: “Burada əsas məsələ maraqların toqquşmamasıdır. Hər bir dövlətin öz maraqları olduğu üçün onlar arasında kompramislər tapılmalıdır. Əks halda Suriyada hələ uzun müddət qan töküləcək və stabilliyin bərpası şübhə altına düşəcək. ABŞ-ın da Suriyada öz maraqları var və bu digər maraqlarla toqquşanda böyük münaqişəyə gətirib çıxarır. Ümumilikdə isə yaxın zamanda Suriyada stabillik yaranacağını düşünmürəm”.

Oktyabrın 27-də İstanbulda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Rusiya Prezidenti Vladimir Putin, Fransa Prezidenti Emmanuel Makron və Almaniya Kansleri Angela Merkelin iştirakı ilə Suriya böhranı ilə bağlı dördtərəfli görüş keçirilib.

Politoloqun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

Əsas mövzular