Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Qida Təhlükəsizliyi Agentliyi şadlıq evlərində monitorinqlərə başlayır

© Sputnik / Murad OrujovПредседатель агентства продовольственной безопасности Гошгар Тахмазли
Председатель агентства продовольственной безопасности Гошгар Тахмазли - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli deyir ki, müəssisələr üzərində lazımi dövlət nəzarəti həyata keçirilərkən inzibati tədbirlər tədbiq olunacaq
Qoşqar Təhməzli: “Bütün məhsullar müvafiq ekspertizalara cəlb olunmalıdır”

“Qida Təhlükəsizliyi Agentliyi şadlıq evlərində xüsusi monitorinqlər həyata keçirəcək”. Sputnik Azərbaycan xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA)  sədri Qoşqar Təhməzli deyib.

“Artıq bəzi nazirliklər monitorinqlərə başlayıb və bu sahədə müəyyən nöqsanlar aşkar edilib. Lakin qida təhlükəsizliyi sahəsində Agentliyin aparacağı yoxlamalar zamanı, əsasən, həmin ictimai iaşə müəssisələrinə xəbərdarlıq ediləcək ki, mənşəyi məlum olmayan məhsulların kütləvi istifadəsi qadağandır. Əhalinin qidalanmasına veriləcək məhsullar mütləq mənşəyi məlum olan qida məhsulları olmalı, müvafiq qida təhlükəsizliyi sertifikatı ilə təmin olunan məhsulları kütləvi qidalanmaya verməyə borcludurlar. Həmçinin istifadə etdikləri bütün məhsullar müvafiq ekspertizalara cəlb olunmalı, əməkdaşları dövrü tibbi müayinələrdən keçməlidir. Eyni zamanda qida hazırlanan yerlər sanitar-texniki və sanitar-gigiyenik göstəricilərinə görə qüvvədə olan qaydalara uyğun olmalıdır. Əks halda, bizim tərəfdən həmin müəssisələr üzərində lazımi dövlət nəzarəti həyata keçirilərkən inzibati tədbirlər də tədbiq olunacaq”.

Qoşqar Təhməzlinin fikirlərinə audiofaylda qulaq asa bilərsiniz

Xəbər lenti
0