02:03 16 Noyabr 2018
Canlı yayım
  • USD1.7000
  • RUB0.0254
  • EUR1.9274

Politoloq: “Üçtərəfli əməkdaşlığımız heç bir dövlətə qarşı yönəlməyib”

RADİO
Qısa URL
98 0 0

Politoloq Mübariz Əhmədoğlu deyir ki, dünyanın güc dövlətləri təhlükəsizliyin təmin olunması ilə bağlı mövqelərini ortaya qoymalıdırlar

İstanbulda Azərbaycan, Türkiyə və Gürcüstanın xarici işlər nazirləri  arasında yeddinci üçtərəfli görüş keçirilib.

Politoloq Mübariz Əhmədoğlu Sputnik Azərbaycan-a deyir ki, hazırda regionumuzda təhlükəsizlik məsələləri aktualdır:

“Ölkələrimizin inkişafının davamlı olması üçün təhlükəsizliklə bağlı təminat verilməlidir. Dünyanın güc dövlətləri təhlükəsizliyin təmin olunması ilə bağlı mövqelərini ortaya qoymalıdırlar. Bu baxımdan üç ölkə arasındakı əməkdaşlığa müsbət yanaşıram. Bu format uzun müddətdir mövcuddur və fəaliyyəti heç bir dövlətin əleyhinə yönəlməyib”.

Qeyd edək ki, Azərbaycan, Gürcüstan və Türkiyə xarici işlər nazirlərinin VII üçtərəfli görüşündə İstanbul Bəyannaməsi imzalanıb.

Politoloqun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

Əsas mövzular