07:48 14 Noyabr 2018
Canlı yayım
  • USD1.7000
  • RUB0.0251
  • EUR1.9117
Elnarə Həsənli
© Sputnik / Murad Orujov

Elnarə Həsənli: “Caz bizim göz bəbəyimizdir, onu qorumalıyıq”

RADİO
Qısa URL
80 0 0

Bakı Caz festivalının koordinatoru, caz ifaçısı Elnarə Həsənli deyir ki, iştirakçılarımız festivalda çox yaxşı çıxış ediblər

Bu gün Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində Bakı Caz festivalının yekunlarına həsr olunmuş şətbuat konfransı keçirilib.

Bakı Caz festivalının koordinatoru, caz ifaçısı Elnarə Həsənli deyir ki, 15 gün davam edən festivalda dünyanın bir çox ölkələrindən iştirakçılar çıxış ediblər:

“Festival ərzində müxtəlif konsert proqramları təşkil edildi. Bizim iştirakçılarımız da festivalda çox yaxşı çıxış etdilər və tamaşaçılar tərəfindən maraqla qarşılandılar. Festivalın gələn il də keçirilməsi planlaşdırılır. Biz artıq beynəlxalq caz şurasında təmsil olunuruq. Festivalımızın məqsədi də Azərbaycan cazının tanıtımıdır. Caz bizim göz bəbəyimizdir, onu qorumalıyıq”.

Qeyd edək ki, 14 – 28 oktyabr tarixlərində Bakıda 13-cü Caz festivalı keçirilib.

Geniş şərhə audiofaylda qulaq asa bilərsiniz

Əsas mövzular