Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

MDB ölkələrinin iqtisadiyyatını nə gözləyir - Ekspert şərhi

© Sputnik / Murad Orujovprofessor Elşad Məmmədov
professor Elşad Məmmədov - Sputnik Azərbaycan
Abunə olmaq
Professor Elşad Məmmədov deyir ki, dünya iqtisadiyyatında baş verən proseslər, gələcəkdə xammal ixracını məhdudlaşdıracaq
Elşad Məmmədov: “Elmi nailiyyətlər iqtisadiyyatlarımızda tətbiq olunmalıdır”

Bu gün Sputnik Azərbaycan Multimediya Mərkəzində MDB ölkələrinin iqtisadi əməkdaşlığı prioritetləri və perspektivləri mövzusunda Moskva-Astana-Bakı-Yerevan-Bişkek-Kişinyov-Minsk videokörpüsü baş tutub.

Tədbirdə çıxış edən Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) professoru Elşad Məmmədov deyib ki, hazırda MDB ölkələrinin iqtisadiyyatları müasir iqtisadi çağırışlarla üzləşiblər:

“Ona görə də, bizim hökumətlərimiz planlaşdırılmış və sinxronlaşdırılmış iqtisadiyyatın formalaşması haqqında ciddi şəkildə düşünməlidirlər. Nəzərə almaq lazımdır ki, MDB ölkələrinin iqtisadiyyatları xammal ixracından ciddi şəkildə asılıdır. Ancaq dünya iqtisadiyyatında baş verən proseslər, yeni texnoloji quruluşun formalaşması gələcəkdə xammal ixracını məhdudlaşdıracaq. Ona görə də bizim ölkələrin iqtisadiyyatları ciddi şəkildə şaxələndirilməlidir. Ölkələrimiz arasında texnoloji koorperasiyalar gücləndirilməli, innovasiyalara söykənən iqtisadi artıma nail olunmalıdır. Bunun üçün də elmi-texniki tərəqqinin  nailiyyətləri daha aktiv şəkildə iqtisadiyyatlarımızda tətbiq olunmalıdır”.

Qeyd edək ki, noyabrın 2-də Astanada Müstəqil Dövlətlər Birliyinin Hökumət Başçıları Şurasının iclası keçiriləcək.

Ekspertin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

Xəbər lenti
0