02:00 16 Noyabr 2018
Canlı yayım
  • USD1.7000
  • RUB0.0254
  • EUR1.9274
День Ашуры в столичной мечети Тезепир
© Sputnik / Murad Orujov

Allahşükür Paşazadə: “Biz dünyaya car çəkirik ki, torpaqlar zəbt edilməsin”

RADİO
Qısa URL
75 0 0

Şeyxülislam Allahşükür Paşazadə deyir ki, Humanitar forumun Azərbaycanda keçirilməsi xalqımızın və dövlətimizin iqtisadi, siyasi və humanitar cəhətdən inkişaf etdiyini göstərir

“VI Beynəlxalq Humanitar Forumun Azərbaycanda keçirilməsi xalqımızın və dövlətimizin iqtisadi, siyasi və humanitar cəhətdən inkişaf etdiyini göstərir”. Sputnik Azərbaycan xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə deyib.

O bildirib ki, Azərbaycanda dini və mədəni məsələlər inkişaf edir: “Bunun üçün Azərbaycanda bütün şərait mövcuddur. Biz Azərbaycanda dinlər və sivilizasiyalar arasında əlaqələrin mərkəzini yaratmışıq. Bu mərkəzə dünyanın bir çox ölkəsinin nümayəndələri üzvdürlər. Biz dünyaya car çəkirik ki, torpaqlar zəbt edilməsin, münaqişələr olmasın. Bu baxımdan, belə humanitar forumlar bizim üçün çox önəmlidir”.

Qeyd edək ki, dünən  Bakıda VI Bakı Beynəlxalq Humanitar Forumu fəaliyyətə başlayıb. “Yeni dünya və yeni insan formalaşdıraq: kreativlik və insan inkişafı” mövzusunda keçirilən VI Beynəlxalq Humanitar Foruma 86 ölkə və 24 beynəlxalq təşkilatdan 580-dən çox nümayəndə qatılıb.

Geniş şərhə audiofaylda qulaq asa bilərsiniz

Əsas mövzular