Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Pərviz Şahbazov: “Yeni zavod ölkəmizin mövqeyini gücləndirəcək”

Abunə olmaq
Energetika naziri Pərviz Şahbazov deyir ki, bu, Türkiyəyə yatırılan ən böyük xarici investisiyadır

Pərviz Şahbazov: “Yeni zavod ölkəmizin mövqeyini gücləndirəcək”
““Star” neft emalı zavodunun (NEZ) istifadəyə verilməsi Azərbaycanın bölgədə enerji sahəsində mövqeyini daha da gücləndirəcək”. Sputnik Azərbaycan xəbər verir ki, bu sözləri jurnalistlərə müsahibəsində energetika naziri Pərviz Şahbazov deyib.

““Star” NEZ Azərbaycanın qardaş ölkə Türkiyəyə yatırdığı investisiyanın bir hissəsidir. Ölkəmiz Türkiyənin enerji sektoruna böyük sərmayə qoyuluşu həyata keçirir. Bu, Türkiyəyə yatırılan ən böyük xarici investisiyadır. Azərbaycan enerji ölkəsidir və bu sahədə təcrübəsi var. Ölkəmiz, eyni zamanda Türkiyə üzərindən neft ixrac edir, eləcə də qardaş ölkəyə təbii qaz göndərir və Türkiyənin enerji sistemində aktiv fəaliyyət göstərir. “Star” neft emalı zavodunun açılması və Azərbaycanın bu sahədə aparıcı rol oynaması sözsüz ki, ölkəmizin Türkiyədə və ümumiyyətlə bölgədə enerji sahəsində mövqeyini daha da gücləndirəcək”, — deyə nazir qeyd edib.

Nazirin fikirlərinə audiofaylda qulaq asa bilərsiniz

Xəbər lenti
0