CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Qurban Yetirmişli ölkə ərazisindəki seysmoloji vəziyyəti açıqladı

Abunə olmaq
Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli deyir ki, il ərzində respublika ərazisində 5 mindən çox təkan baş verir

Qurban Yetirmişli: “Gün ərzində ən azı 5-6 yeraltı təkan olur”
“Respublika ərazisində gün ərzində ən azı 5-6 yeraltı təkan olur”. Sputnik Azərbaycan xəbər verir ki, bu sözləri Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli sürüşmə zonasında keçirilən brifinqdə deyib.

“Azərbaycan seysmoaktiv bölgə olduğu üçün burada gündəlik olaraq təkanlar baş verir. Ancaq baş verən təkanların maqnitudası çox aşağıdır. İl ərzində respublika ərazisində 5 mindən çox, həmsərhəd bölgələrdə baş verənləri də hesablasaq 8-9 mindən çox təkan baş verir” — deyə o bildirib.

Geniş şərhə audiofaylda qulaq asa bilərsiniz

Xəbər lenti
0