13:27 15 Noyabr 2018
Canlı yayım
  • USD1.7000
  • RUB0.0254
  • EUR1.9274
Dövlət İqtisadiyyat Universitetinin professoru Elşad Məmmədov
© Sputnik / Murad Orujov

Professor: “Dünya iqtisadiyyatında neftin çəkisi azalacaq”

RADİO
Qısa URL
15610

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) professoru Elşad Məmmədov deyir ki, yüksək texnologiyalar inkişaf etdikcə və alternativ enerji mənbələri dünya iqtisadiyyatında tətbiq olunduqca neftin çəkisi azalacaq

“Dünya iqtisadiyyatında baş verən proseslər mühüm enerji daşıyıcısı kimi neftin qiymətlərinə təsir edir”. Bunu Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) professoru Elşad Məmmədov deyib.

Professor bildirib ki, dünya iqtisadiyyatında baş verən proseslər də elmi-texniki tərəqqidən və texnoloji amildən asılıdır: 

“Neft mühüm enerji daşıyıcısı kimi önəmini hələ xeyli müddət saxlayacaq. XXI əsrin ortalarına doğru neftin əhəmiyyəti azalacaq. Bu texnoloji inkişafın məntiqi nəticəsi olaraq baş verəcək. Yüksək texnologiyalar inkişaf etdikcə və alternativ enerji mənbələri  dünya iqtisadiyyatında tətbiq olunduqca neftin çəkisi azalacaq. Bu proses qısamüddətli, sıçrayış effektli bir proses deyil”.

Professorun geniş şərhinə audiofaylda baxa bilərsiniz

Əsas mövzular