CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

General: “Azərbaycanda veteranlara göstərilən diqqət bütün ölkələrə nümunədir”

© Photo : AZƏRTACQazaxıstan Veteranlar İctimai Birliyinin sədr müavini, ehtiyatda olan general Aytkali İsenqulov
Qazaxıstan Veteranlar İctimai Birliyinin sədr müavini, ehtiyatda olan general Aytkali İsenqulov - Sputnik Azərbaycan
Abunə olmaq
Qazaxıstan Veteranlar İctimai Birliyinin sədr müavini, ehtiyatda olan general Aytkali İsenqulov deyir ki, Azərbaycan xalqı öz keçmişini, tarixini çox sevir və bilir

Aytkali İsenqulov: “Azərbaycan xalqını böyük inkişaf yolu gözləyir”
“Azərbaycanda dövlət səviyyəsində veteranlara göstərilən diqqət bütün MDB və türkdilli ölkələr üçün gözəl nümunə olmalıdır”. Sputnik Azərbaycan xəbər verir ki, bu fikirləri Qazaxıstan Veteranlar İctimai Birliyinin sədr müavini, ehtiyatda olan general Aytkali İsenqulov bildirib.

A.İsenqulov deyib ki, hər kəs görməlidir ki, Azərbaycan xalqı və dövləti qəhrəmanlarına, yaşlı nəslə necə dəyər verir. “Bu, ondan xəbər verir ki, Azərbaycan xalqı öz keçmişini, tarixini çox sevir və bilir. Bu səbəbdən Azərbaycan xalqını böyük inkişaf yolu gözləyir. Azərbaycan Respublika Veteranlar Təşkilatının yaradılmasının 30 illik yubileyi münasibətilə veteran həmkarlarımızı təbrik edirəm”,-deyə general əlavə edib.

Qeyd edək ki, oktyabrın 16-da Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının yaradılmasının 30 illik yubileyi münasibətilə Dövlət Təhlükəsizliyi Xidmətinin Mədəniyyət Mərkəzində tədbirdə keçirilib. 

Xəbər lenti
0