14:13 13 Dekabr 2018
Canlı yayım
  • USD1.7000
  • RUB0.0256
  • EUR1.9322
Kənan Quluzadə
© Sputnik / Murad Orujov

Kənan Quluzadə yeni turizm brendinin təqdim olunacağı tarixi açıqladı

RADİO
Qısa URL
201 0 0

Dövlət Turizm Agentliyinin nümayəndəsi Kənan Quluzadə deyir ki, ilin sonunadək ondan çox ölkədə Azərbaycanın turizm nümayəndəlikləri açılacaq

“Bu ilin sonunadək ondan çox ölkədə Azərbaycanın turizm nümayəndəlikləri açılacaq”. Sputnik Azərbaycan xəbər verir ki, bunu Dövlət Turizm Agentliyinin nümayəndəsi Kənan Quluzadə deyib.

“İlk nümayəndəliyin Rusiyada açılması gözlənilir. İlin sonuna qədər nümayəndəliklərin açılışına başlanılacaq. Oktyabrın 18-də isə Dövlət Turizm Agentliyi tərəfindən Azərbaycanın yeni turizm brendi təqdim olunacaq. Yeni turizm brendi Bakıda keçiriləcək turizm sammitində nümayiş etdiriləcək.  Noyabrda Londonda keçiriləcək sərgidə brendin beynəlxalq nümayişi təşkil ediləcək”.

Kənan Quluzadənin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

Əsas mövzular