12:51 23 Oktyabr 2018
Canlı yayım
  • RUB0.0260
  • USD1.7000
  • EUR1.9474

Qəbul və buraxılış imtahanlarında nələr dəyişilib – Rəsmi açıqlama

RADİO
Qısa URL
128 0 0

Dövlət İmtahan Mərkəzinin mətbuat katibi Xanlar Xanlarzadə deyir ki, şagirdlərin buraxılış imtahanın nəticələri ali məktəblərə qəbul zamanı nəzərə alınacaq

Dövlət İmtahan Mərkəzi və Təhsil Nazirliyi tərəfindən birgə hazırlanan 2019-cu ildə tətbiqi nəzərdə tutulan ümumi təhsil pilləsində təhsil alanların yekun qiymətləndirilməsi (buraxılış) imtahanlarının və ali təhsil müəssisələrinə qəbul imtahanlarının modeli açıqlanıb.

Dövlət İmtahan Mərkəzinin mətbuat katibi Xanlar Xanlarzadə Sputnik Azərbaycan-a deyir ki, IX sinif üzrə buraxılış imtahaları əvvəlki qaydada olduğu kimi keçiriləcək, lakin gələn ildən şagirdlər iki deyil, 3 fəndən imtahan verəcəklər: 

“XI siniflərin buraxılış imtahanları isə yenə də 3 fənn üzrə keçiriləcək. Burada əsas dəyişiklik ondan ibarətdir ki, buraxılış imtahanın nəticələri ali məktəblərə qəbul zamanı nəzərə alınacaq. Abituriyentlər ali məktəblərə qəbul imtahanında isə əvvəlki kimi 5 deyil, 3 fənn üzrə imtahan verəcəklər. Tədris dili fərqli olan məktəblərin şagirdləri mütləq azərbaycan dilindən imtahan verəcəklər”.

Xanlar Xanlarzadənin geniş şərhinə audiofaylda baxa bilərsiniz

Əsas mövzular