04:01 12 Dekabr 2018
Canlı yayım
  • USD1.7000
  • RUB0.0255
  • EUR1.9326
Neft Araşdırmaları Mərkəzinin (NAM) rəhbəri İlham Şaban
© Sputnik / Murad Orujov

Ekspert: “Noyabrda neftin qiyməti 90 dolları keçə bilər”

RADİO
Qısa URL
65 0 0

Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban deyir ki, İrana qarşı sanksiyaların təsdiqlənməsi 2018-ci ildə bazara çox ciddi təsir edən amil oldu

“Neftin qiymətində tez-tez dəyişikliklərin olması normal prosesdir”. Bunu Sputnik Azərbaycan Multimediya Mərkəzində keçirilən tədbirdə Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban deyib.

Ekspert bildirib ki, 3-4 ildən bir neftin qiymətində müşahidə olunan qalxıb-enmələr bazardakı ümumi iqtisadi tendensiyalarla bağlıdır. 

“2017-ci ildən etibarən neftin qitymətində yüksəlmə başladı. Buna səbəb olaraq bir neçə amili göstərmək olar. Birincisi OPEC və OPEC+ ölkələri neft hasilatını müəyyən miqdarda azaltdılar. Bu 2017-ci ildə bazarda öz nəticəsini göstərdi. ABŞ prezidenti tərəfindən İrana qarşı sanksiyaların birinci mərhələsi təsdiqləndi. Bu, 2018-ci ildə bazara çox ciddi təsir edən amil oldu. Bütün baş verən bu proseslər bazarda defisit yaradır. Noyabrda sanskiyaların ikinci mərhələsi təsdiqlənərsə neftin qiyməti 90 dolları keçə bilər”,- deyə ekspert bildirib.

Ekpertin geniş şərhinə audiofaylda baxa bilərsiniz

Əsas mövzular