Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Ələsgərli: “Jurnalistin öldürülməsi Avropanı silkələyib”

Abunə olmaq
Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli deyir ki, beynəlxalq təşkilatlar artan jurnalist ölümlərinə görə, Avropa strukturlarını, dövlətlərini tənqid edirlər

Müşfiq Ələsgərli: “Avropda media ilə bağlı ciddi problemlər var”
“Viktoria Marinovanın ölümü Avropada ciddi çaxnaşma yaradıb”. Bunu Sputnik Azərbaycan-a Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli Avropada artan jurnalist qətllərinə münasibət bildirərkən deyib.

“Avropda media ilə bağlı ciddi problemlər var. Xüsusəndə maliyyə problemləri, qanunvericiliklə bağlı olan məsələlər, bəzi ölkələrdə ictimai yayımı məhdudlaşdıran qanunların qəbul olunması, medianın maliyyə mənbələrinin daralması bunlardandır. Bir neçə istiqamətdə problemlər var ki, bunlar ciddi narahatlıq doğurur. Son vaxtlar isə jurnalist təhlükəsizliyi məsələsi qabarmağa başlayıb. Beynəlxalq təşkilatlar artan jurnalist ölümlərinə görə, Avropa strukturlarını, dövlətlərini tənqid edirlər. Çünki faktiki olaraq, bu qətllərlə bağlı konkret şəxslər tapılıb cəzalandırılmır. Bu da cəzasızlıq mühitini artırır. Avropada ortaya çıxan tendensiyalar çox sürətlə digər qitələrə də yayılır. Bu baxımdan beynəlxalq təşkilatlar ciddi narahatlıq keçirirlər”  — deyə M.Ələsgərli bildirib.

Bolqarıstanda araşdırmaçı jurnalist Viktoria Marinova qətlə yetirilib. O, Avropda son bir il ərzində qətlə yetirilən 4-cü jurnalistdir.

Müşfiq Ələsgərlinin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

Xəbər lenti
0