13:25 15 Noyabr 2018
Canlı yayım
  • USD1.7000
  • RUB0.0254
  • EUR1.9274
Fazil Mustafa
© Sputnik / Murad Orujov

Gürcüstanda prezident seçkilərində soydaşlarımız kimi dəstəkləsin - Deputat şərhi

RADİO
Qısa URL
176 0 0

Millət vəkili Fazil Mustafa deyir ki, azərbaycanlılar faydalı təkliflər verən namizədi aktiv dəstəkləməlidir

“Gürcüstanda yaşayan azərbaycanlılar onlara qarşı normal münasibət bəsləyən, onlarla bağlı konkret addımlar atan namizədə dəstək verməlidirlər”. Bunu millət vəkili Fazil Mustafa Gürcüstanda keçiriləcək prezident seçkilərində azərbaycanlıların iştirakı barədə danışarkən Sputnik Azərbaycan-a deyib.

O bildirib ki, azərbaycanlılar gələcək komandada yer almağa çalışmalıdırlar: “Prezident və parlament seçkiləri azərbaycanlılar üçün həyati əhəmiyyət daşıyır. Soydaşlarımız nə qədər çox təmsilçilik əldə etsələr, səsimiz bir o qədər ucadan gələcək. Azərbaycanlıların faydasına olan namizədi aktiv dəstəkləmək lazımdır”.

Gürcüstanda prezident seçkiləri oktyabrın 28-də keçiriləcək. 

Millət vəkilinin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

Əsas mövzular