Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Neft nə vaxta kimi bahalaşmağa davam edəcək - Ekspert şərhi

© Photo : Facebook / natig.jafarliİqtisadçı-ekspert Natiq Cəfərli
İqtisadçı-ekspert Natiq Cəfərli - Sputnik Azərbaycan
Abunə olmaq
İqtisadçı ekspert Natiq Cəfərli deyir ki, İran ətrafında gedən proseslər neftin qiymətinin artmasında mühüm rol oynayıb

Natiq Cəfərli: “İrandan neft alan ölkələr ABŞ sanksiyaları ilə üzləşəcək”
“Brent” markalı neftin bir barrelinin qiyməti son 4 ilin maksimumuna çatıb. “Qara qızıl”ın qiyməti Çin şirkətlərinin ABŞ-ın İrana qarşı tətbiq edəcəyi sanksiyaların iştirakçısı olacağı ilə bağlı çıxan xəbərlər fonunda yüksəlir.

İqtisadçı ekspert Natiq Cəfərli Sputnik Azərbaycan-a deyir ki, siyasi səbəblərin önə çıxması neft qiymətlərinin dalğalı olacağının siqnalını verir: 

“Hələlik görünən budur ki, ABŞ israrla İran neftinin bazardan tamamilə sıxışdırılıb çıxarılmasını düşünür. İrandan neft alan istənilən ölkə ABŞ sanksiyaları ilə üzləşəcək. Əgər İran nefti bazardan çıxarsa qiymətlərin 90, hətta 100 dollara qədər bahalaşması ehtimalı artacaq. Neftin qiymətindəki artımlar üçün iqtisadi səbəblər müşahidə olunmur. İran ətrafında gedən proseslər neftin qiymətinin artmasında mühüm rol oynayıb”.

Ekspertin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

Xəbər lenti
0