16:00 17 Noyabr 2018
Canlı yayım
  • USD1.7000
  • RUB0.0258
  • EUR1.9267
Nəqliyyat məsələləri üzrə ekspert Azər Allahverənov
© Sputnik / Murad Orujov

Ekspert: “Avtobus sürücüləri psixoloji testlərdən keçirilməlidir”

RADİO
Qısa URL
18210

Nəqliyyat məsələləri üzrə ekspert Azər Allahverənov deyir ki, ictimai nəqliyyatda sürücülük fəaliyyəti ilə məşğul olan şəxsin təcrübəsinin olması zəruri şərtdir

Binə qəsəbəsində baş verən ağır qəzanı törədən 160 nömrəli avtobusun sürücüsü Elxan Şirəliyevin bundan əvvəl də ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətdiyi üçün məhkumluq həyatı yaşadığı məlum olub. Məlumatı Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis-polkovniki Vaqif Əsədov təsdiqləyib.

Nəqliyyat məsələləri üzrə ekspert Azər Allahverənov Sputnik Azərbaycan-a deyir ki, ictimai nəqliyyatda sürücülük fəaliyyəti ilə məşğul olan şəxsin təcrübəsinin olması zəruri şərtdir: “Sürücülük təcrübəsi olmayan şəxslərin fəaliyyətinə icazə verilməməlidir. Avtobus sürücüləri psixoloji testlərdən keçirilməlidir. Bu da aidiyyatı qurumların nəzarəti altında olmalıdır”.

Qeyd edək ki, dünən baş vermiş hadisə nəticəsində 35 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb, 13 yaşlı məktəbli isə həyatını itirib.

Ekspertin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

Əsas mövzular