CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ekspert: “Uşaqların məktəbəhazırlıq qruplarında hazırlıq keçməsi vacibdir”

Abunə olmaq
Təhsil eksperti Məlahət Mürşüdlü deyir ki, proqramların və təhsilin məzmununun yeni olması bunu tələb edir

Məlahət Mürşüdlü: “Layihənin tətbiq olunduğu məktəblərin sayı artır”
Oktyabrn 1-dən Azərbaycanın ümumtəhsil məktəblərinin məktəbəhazırlıq qruplarında məşğələlər başlayıb.

Təhsil eksperti Məlahət Mürşüdlü Sputnik Azərbaycan-a deyir ki, məktəbəhazırlıq qruplarına maraq çox böyükdür: “İlbəil bu tendensiyanın artmasını müşahidə edirik. Proqramların və təhsilin məzmununun yeni olması bunu tələb edir. Ona görə də məktəbəqədər təhsil müəssisələrinə getməyən uşaqların bu qruplarda hazırlıq prosesi keçməsi çox vacibdir. Artıq beş ildir ki, bu qruplar açılıb. Layihənin tətbiq olunduğu məktəblərin, şagirdlərin sayının artmasını görürük”. 

Məktəbəhazırlıq qruplarının yaradılmasında məqsəd 5 yaşlı uşaqların məktəb təliminə hazırlığı ilə əlaqədar psixoloji dayanıqlığını artırmaq, əhatə olunduqları aləmə və təhsil mühitinə uyğunlaşdırmaq, onların ünsiyyət və birgə fəaliyyət bacarıqlarına yiyələnməsini təmin etməkdən ibarətdir. 

Geniş şərhə audiofaylda qulaq asa bilərsiniz

Xəbər lenti
0