Politoloq Tofiq Abbasov Sputnik Azərbaycan-a deyir ki, terror dünyanın lider ölkələrinin əlində siyasi alətə çevrilib:
“Biz neçə illərdir bunun təzahürlərini müşahidə edirik. Yaxın Şərqdə “Ərəb baharı” başlayandan bəri terror fəal element kimi istifadə olunur. Terror da öz növbəsində dağıntılar, ölkədaxili problemlərin artımı, böyük miqrant dalğalarının yaranmasına gətirib çıxarır. BMT-nin Baş Assembleyasında çıxış edən dünya liderləri dildə terrorla mübarizdən danışırlar. Ancaq onlar altdan-altdan terroru qidalandırırlar. Bundan çıxış yolu sağlam qüvvələrin bir cərgədə olmaqla fəal inteqrasiya siyasətini gücləndirməkdədir”.
Politoloqun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz