16:40 20 Noyabr 2018
Canlı yayım
  • USD1.7000
  • RUB0.0259
  • EUR1.9459
Səfər Mehdiyev
© Sputnik / Murad Orujov

Səfər Mehdiyev Gürcüstanla gediş-gəlişin asanlaşacağını deyir

RADİO
Qısa URL
72 0 0

Dövlət Gömrük Komitəsinin (DGK) sədri Səfər Mehdiyev deyir ki, Mərkəz fəaliyyətə başladıqdan sonra Azərbaycana yük gətirən nəqliyyat vasitələrinin sıxlığı aradan qaldırıla biləcək

“Gürcüstanla sərhəddə, “Sınıq Körpü” gömrük-keçid məntəqəsində tikilən Ticarətin Asanlaşdırılması Mərkəzi sentyabrın sonunda istifadəyə veriləcək”. Sputnik Azərbaycan-ın məlumatına görə, bunu “Gömrük orqanlarında aparılan islahatlar və nəticələr” mövzusunda keçirilən mətbuat konfransında çıxış edən Dövlət Gömrük Komitəsinin (DGK) sədri Səfər Mehdiyev deyib.

S.Mehdiyev bildirib ki, mərkəzin açılışı gömrük-keçid məntəqəsi vasitəsilə sərhədi keçərkən sıxlığı azaltmağa, eləcə də yük və avtomobil buraxılışını asanlaşdırmağa imkan verəcək:

“Yəni bununla gömrük rəsmiləşdirilməsi prosedurları orada həyata keçiriləcək. Ticarətin Asanlaşdırılması Mərkəzi fəaliyyətə başladıqdan sonra biz ölkəmizə yük gətirən nəqliyyat vasitələrinin sıxlığını aradan qaldıra biləcəyik”. Mərkəz “Azərbaycan və Gürcüstan arasında Qırmızı Körpü sərhəd-keçid məntəqəsinin inkişafına dəstək” layihəsi çərçivəsində Avropa İttifaqının maliyyə dəstəyi ilə inşa olunur.

DGK sədrinin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

Əsas mövzular