07:29 24 İyul 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0270
  • EUR1.9027
Azər Allahverənov
© Sputnik / Murad Orujov

Azərbaycanda sağlamlıq turizminin perspektivi varmı - Ekspert şərhi

RADİO
Qısa URL
140010

“Həyat” İctimai Birliyinin sədri Azər Allahverənov deyir ki, sağlamlıq turizminin inkişaf etdirilməsi ilə ölkəmizə gələn turistlərin sayında kəskin artım müşahidə edə bilərik

Azərbaycanda sağlamlıq turizminin inkişafı üzrə yeni strategiya 2018-ci ilin sonuna qədər qəbul edilə bilər. Bu barədə Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının sədri, Ümumdünya Sağlamlıq Turizmi Təşkilatının prezidenti Ruslan Quliyev deyib.

“Həyat” İctimai Birliyinin sədri Azər Allahverənov Sputnik Azərbaycan-a deyir ki, sağlamlıq turizmi Azərbaycan vətəndaşları üçün maraqlı və əhəmiyyət kəsb edən sahə hesab olunur: 

“Bu ilin 6 ayı ərzində Azərbaycandan Gürcüstana 800 minə yaxın vətəndaşımız gedib. Həmin insanların da müəyyən qismi məhz Gürcüstanın sağlamlıq yerlərinə səfər edib. Bu qonşu ölkədə sağlamlıq turizminə xüsusi diqqət yetirildiyini göstərir. Sağlamlıq turizminin ölkəmizdə inkişaf etdirilməsi üçün potensialımız var. Bu sahənin inkişaf etdirilməsi ilə ölkəmizə gələn turistlərin sayında kəskin artım müşahidə edə bilərik. Təbii ki, bu imkanlar tək xarici turistlər yox, daxili resurslarımız üçün də nəzərdə tutulmalıdır”.

Ekspertin geniş şərhinə audiofayılda qulaq asa bilərsiniz.

Əsas mövzular