16:42 11 Dekabr 2018
Canlı yayım
  • USD1.7000
  • RUB0.0255
  • EUR1.9326
Leonid Kalaşnikov
© Sputnik / Kemale Aliyeva

Rusiyalı deputat: “Putinin Azərbaycana səfəri yeni razılaşmalarla yadda qalacaq”

RADİO
Qısa URL
84 0 0

Rusiya Dövlət Dumasının üzvü Leonid Kalaşnikov deyir ki, bizim maraqlarımız bizim qonşularla bağlıdır

“İndi  Putin ikiqat enerji ilə MDB ölkələri ilə əməkdaşlığı yaxşılaşdırmağa və daha da inkişaf etdirməyə çalışır”. Bunu Sputnik Azərbaycan Multimediya Mərkəzində keçirilən mətbuat konfransında Rusiya Dövlət Dumasının Müstəqil Dövlətlər Birliyi məsələləri, Avrasiya İnteqrasiyası və Həmvətənlərlə Əlaqələr Komitəsinin sədri Leonid Kalaşnikov deyib.

O bildirib ki, Azərbaycan və Rusiya arasında olan bir çox məsələlər Prezident İlham Əliyevin Rusiyaya səfəri çərçivəsində müzakirə olunub: 

“Bu səfərdə ondan artıq sənəd imzalanmışdı. Bir neçə həftə sonra Rusiya prezidenti Azərbaycana səfər edəcək. Gərgin iş qrafikinə rəğmən o mütləq gələcək. O, bu səfəri əvvəlcədən planlaşdırırdı. Mən həmişə demişəm ki, bizim maraqlarımız bizim qonşularla bağlıdır. Bu düzgün addımdır, çünki bizi çox şey birləşdirir. Mən əminəm ki, Putinin Azərbaycana səfəri yeni razılaşmalarla yadda qalacaq”. 

Əsas mövzular