20:32 14 Noyabr 2018
Canlı yayım
  • USD1.7000
  • RUB0.0250
  • EUR1.9190
Fazil Mustafa
© Sputnik / Murad Orujov

Millət vəkili: “Amerika və Avropada ailə dəyərlərinin qorunması bizdən üstündür”

RADİO
Qısa URL
12610

Millət vəkili Fazil Mustafa deyir ki, yeni ailə institutu hüququn ailəyə tətbiqində yarımçıqlıq olduğuna görə inkişaf etdirilə bilmədi

Sputnik Azərbaycan Multimediya Mərkəzində “Qadın Liderliyi Uğrunda” İctimai Birliyi QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “Klassik Azərbaycan ailə modelinin təbliği” layihəsini çərçivəsində dəyirmi masa keçirilib.

Tədbirdə çıxış edən millət vəkili Fazil Mustafa bu problemin cəmiyyətdə açıq müzakirəsinə ehtiyac olduğunu bildirib: 

“Biz yalandan icad etmişik ki, Azərbaycanda ailə insititutu çox sağlamdır. Bunu Amerika və Avropa ailə modelləri ilə müqayisə edirik. Ancaq gerçəkdən müqayisə edəndə görürük ki, ailə dəyərlərinin orada qorunması bizdən qat-qat üstündür. Yeni ailə institutu hüququn ailəyə tətbiqində yarımçıqlıq olduğuna görə inkişaf etdirilə bilmədi. Qadının iqtisadi azadlığının təmin olunmadığı ailələrin əsası güclü ola bilməz. Azərbaycan cəmiyyətində qadının özünün reabilitasiya imkanları sıfıra bərabərdir. Mənim fikrimcə, biz klassik ailə modelinin təbliğinə yönəlməməliyik. Ailə məsələlərini ilk növbədə hüquqla əlaqələndirməli, hüququn normal işləməsinə çalışmalıyıq”.

Millət vəkilinin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

Əsas mövzular