Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Professor: “15 sentyabrda Azərbaycan xalqının taleyi həll olunub”

© © Foto S.Tohidi tərəfindən təqdim olunubAMEA Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, tarix elmləri doktoru Solmaz Tohidi
AMEA Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, tarix elmləri doktoru Solmaz Tohidi - Sputnik Azərbaycan
Abunə olmaq
AMEA Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, tarix elmləri doktoru Solmaz Tohidi deyir ki, Bakının taleyinin həll olunması təkcə hərbi deyil, həm də siyasi bir məsələ idi

Solmaz Tohidi: “Bakı uğrunda gedən döyüşlərdə Azərbaycanın taleyi həll olunurdu”
1918-ci il sentyabrın 15-də Nuru paşanın başçılığı ilə Qafqaz İslam Ordusu Bakını daşnak və ingilis hərbi birləşmələrindən azad edib.

AMEA Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, tarix elmləri doktoru Solmaz Tohidi Sputnik Azərbaycan-a deyir ki, Bakının işğaldan azad olunması Azərbaycan Xalq Cümhuriyyətinin istiqlalının qorunması,dövlətçiliyimizin saxlanılması anlamını daşıyırdı: 

“Yəni siyasi paytaxt kimi Bakı bolşevik-daşnak qüvvələrinin əlində idi. Bu baxımdan Bakının işğaldan azad edilməsinin böyük tarixi əhəmiyyəti var. Bakının taleyinin həll olunması təkcə hərbi deyil, həm də siyasi bir məsələ idi. Bakının taleyinin həll olunması məsələsinə bütün beynəlxalq qüvvələr qarışmışdı. Belə bir vəziyyətdə ermənilər də Bakının “sərbəst şəhər” elan edilməsi üçün kampaniyaya başlamışdılar. Ümumilikdə isə Bakı uğrunda gedən döyüşlərdə bütün Azərbaycanın taleyi həll olunurdu”.

Tarixçi Solmaz Tohidinin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

Xəbər lenti
0