20:34 16 Dekabr 2018
Canlı yayım
  • USD1.7000
  • RUB0.0256
  • EUR1.9314

Rövşən Binnətli Azərbaycan yığmasının Millətlər Liqasındakı şanslarını açıqladı

RADİO
Qısa URL
167 0 0

İdman şərhçisi Rövşən Binnətli deyir ki, bu turnir aşağı reytinqli ölkələrin komandalarının Avropa çempionatının final mərhələsinə qatılması üçün əlavə şansdır

UEFA-nın yeni təsis etdiyi Millətlər Liqası start götürüb. D Liqasının III qrupunda yer alan Azərbaycan millisi ilk matçını sentyabrın 7-də Bakı Olimpiya Stadionunda Kosovo yığmasına qarşı keçirəcək.

İdman şərhçisi Rövşən Binnətli Sputnik Azərbaycan-a deyir ki, bu turnir aşağı reytinqli ölkələrin komandalarının Avropa çempionatının final mərhələsinə qatılması üçün əlavə şansdır: 

“Buna qədər ki, yolla çempionatın final mərhələsinə getmək bizim üçün çox çətin idi. Ancaq indi öz gücü daxilində olan komandalarla mübarizə apararaq biz bu hədəfə çata bilərik. Şansımız çox yüksək olmasa da, buna nail olmaq mümkündür. Bu baxımdan Kosova kamandası ilə görüş bizim üçün çox əhəmiyyətlidir. Kosova ilə oyun müəyyən dərəcədə həlledicidir. Bu görüşü qrupun qalibi olmaq baxımından final matçı kimi də dəyərləndirmək olar”.

Rövşən Binnətlinin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

Əsas mövzular