10:25 16 Noyabr 2018
Canlı yayım
  • USD1.7000
  • RUB0.0258
  • EUR1.9267

İqtisadçı: “Ukraynaya investitsiya yatırmaqla böyük gəlir əldə edə bilərik”

RADİO
Qısa URL
382 0 0

İqtisad elmləri doktoru Müslüm İbrahimov deyir ki, Ukrayna hökuməti ölkəyə böyük investitsiyaların cəlb edilməsinə çalışır

Azərbaycan və Ukrayna yaxın zamanlarda qarşılıqlı ticarət dövriyyəsini bir milyard dollara çatdıra bilər. Bunu Ukrayna İqtisadi İnkişaf və Ticarət Nazirliyindən deyiblər.

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) dosenti, iqtisad elmləri doktoru Müslüm İbrahimov Sputnik Azərbaycan-a deyir ki, Ukrayna-Azərbaycan əlaqələrinin hər zaman yüksək səviyyədə olması iqtisadi əlaqələrin inkişafında da özünü göstərir:

“Bu gün Ukrayna məhsullarının dünya bazarına çıxmasındakı problemlər iqtisadiyyata mənfi təsir göstərir. Ukrayna hökuməti ölkəyə böyük investitsiyaların cəlb edilməsinə çalışır. Azərbaycan bu ölkəyə investitsiya yatırmaqla böyük gəlir əldə edə bilər. Həmçinin Ukraynada Azərbaycan ticarət evinin tikilməsi çox əhəmiyyətlidir. Bakı-Tbilisi-Qars dəmiryolu da iqtisadi əlaqələrin inkişafına öz töhfəsini verə bilər”.

2017-ci ildə Ukrayna ilə Azərbaycan arasında ticarət dövriyyəsi 2016-cı illə müqayisədə 2,7 dəfə artaraq 772,1 milyon dollar təşkil edib. 2018-ci ilin ilk 5 ayı ərzində isə 43 faiz artaraq 356,72 milyon dollara bərabər olub.

Ekspertin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

Əsas mövzular