CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Psixoloq: “Psixoloqların fəaliyyətini tənzimləyən qanun mütləq qəbul olunmalıdır”

© Sputnik / Anar MustafayevPsixoloq Azad İsazadə
Psixoloq Azad İsazadə - Sputnik Azərbaycan
Abunə olmaq
Psixoloq Azad İsazadə deyir ki, bu gün psixoloji yardım göstərən təşkilatların fəaliyyəti heç nə ilə idarə olunmur

Azad İsazadə: “Yeni hazırlanmış qanun layihəsi bütün suallara cavab verəcək”
Azərbaycanda uzun müddətdir müzakirə edilən "Psixoloji yardım haqqında" qanun layihəsi artıq hazırdır.

Psixoloq Azad İsazadə Sputnik Azərbaycan-a deyir ki, qanun layihəsi artıq bir neçə vaxtdır hazırlanırdı: “Bu gün psixoloji yardım göstərən təşkilatların fəaliyyəti heç nə ilə idarə olunmur. Ümumi qanunlar mövcuddur. Psixoloq yardımı geniş anlayışdır. Azərbaycanda psixoloqların sayı çoxalır. Düşünürəm ki, yeni hazırlanmış qanun layihəsi bütün suallara cavab verəcək, mürəkkəb vəziyyəti daha da mürəkkəbləşdirməyəcək. Bu gün psixoloqların fəaliyyətini tənzimləyən qanun mütləq qəbul olunmalıdır”.

Xəbər lenti
0