20:34 16 Dekabr 2018
Canlı yayım
  • USD1.7000
  • RUB0.0256
  • EUR1.9314

Bayramov: “Mobil dəstək proqramı istehlakçı nəzarətini gücləndirəcək”

RADİO
Qısa URL
306 0 0

İqtisadçı-ekspert Vüqar Bayramov deyir ki, bunun müstəqil şəkildə həyata keçirilməsi daha məqsədəuyğun olardı

“Qida Təhlükəsizliyi Agentliyində (QTA) yaradılan mobil dəstək proqramı vasitəsilə vətəndaşlar quruma qida sahəsində olan pozuntuları çatdıra biləcəklər”. Bunu QTA-nın sədri Qoşqar Təhməzli deyib. O, bu proqramın ictimai nəzarəti artırmaq məqsədilə istifadəyə verildiyini bildirib.

İqtisadçı-ekspert Vüqar Bayramov Sputnik Azərbaycan-a deyir ki, bu, bir sıra ölkələrdə, həmçinin Avropada çox sıx tətbiq edilən modeldir: 

“Azərbaycanda bunun tətbiqi xeyli müddətdir təklif edilirdi. Bunun müstəqil şəkildə həyata keçirilməsi daha məqsədəuyğun olardı. Məsələn, Estoniyada bu cür fəaliyyətlər müstəqil qurumlar tərəfindən həyata keçirilir. Bu, istehlakçının nəzarətinin formalaşması anlamına gəlir. İstehlakçının sahibkara nəzarətinin gücləndirilməsi baxımından vacibdir”.

Ekspertin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

Əsas mövzular