04:09 16 Noyabr 2018
Canlı yayım
  • USD1.7000
  • RUB0.0254
  • EUR1.9274
Telman Zeynalov, Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin rəhbəri
© Sputnik / Murad Orujov

Ekoloq: “Hələ də çox sayda qanunsuz zibilxanalar fəaliyyət göstərir”

RADİO
Qısa URL
230 0 0

Ekoloji Proqnozlaşdırma Mərkəzinin prezidenti, ekoloq Telman Zeynalov deyir ki, tullantılarla bağlı çox sayda qanun qəbul olunsa da, onun həyata keçirilməsi və nəzarət zəif olub

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) əməkdaşları tərəfindən bərk məişət tullantılarının, o cümlədən plastik tullantıların düzgün idarə olunmasını yoxlamaq məqsədilə reydlər keçirilib. Reydlər zamanı məişət tullantılarının, plastik qabların qalaqlanaraq yandırılması faktlarına qarşı  protokollar tərtib olunub.

Ekoloji Proqnozlaşdırma Mərkəzinin prezidenti, ekoloq Telman Zeynalov Sputnik Azərbaycan-a deyir ki, tullantılarla əlaqədar dövlət çox sayda qanunlar qəbul edib: 

“Ancaq bu qanunların həyata keçirilməsi və ona nəzarət zəif olub. Müşahidələr onun göstərir ki, hələ də çox sayda qanunsuz zibilxanalar var. Qanunsuz zibilxanalara görə cərimələrin tətbiq olunması yaxşı haldır. Düşünürəm ki, bu sahədə maarifləndirmə işlərini yox, cərimələməni gücləndirsələr yaxşı olar”.

Ekoloqun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

Əsas mövzular