Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Azərbaycanlı çoban Milli Konservatoriyaya qəbul olunmasından danışdı

© Photo : Facebook / Pervin SeferovPərvin Səfərov
Pərvin Səfərov - Sputnik Azərbaycan
Abunə olmaq
Sosial şəbəkələrdə çobanlıq edərkən ifa etdiyi mahnılardan sonra məşhurlaşan Pərvin Səfərov deyir ki, həmişə istəyirəm xalq və bəstəkar mahnılarını təbliğ edim

Pərvin Səfərov: “9-cu sinifdə oxuyanda səsim olduğunu kəşf etdilər”
“9-cu sinifdə oxuyanda səsim olduğunu kəşf etdilər”. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə AZƏRTAC-a açıqlamasında sosial şəbəkələrdə çobanlıq edərkən ifa etdiyi mahnılardan sonra məşhurlaşan Pərvin Səfərov deyib.

““O səs Türkiyə” yarışmasında uğurlu çıxışları ilə yaddaşlarda qalan istedadlı ifaçı bildirib ki,  bir gün məşhurlaşacağı, hətta musiqi təhsili alacağı ağlına belə gəlməyib:  “Özümü dərk edəndən təsərrüfat işləri ilə məşğul olmuşam, bununla yanaşı məktəbə də getmişəm: Tam şəkildə musiqi ilə məşğul olmamışam. Bu sahədə təhsilim yoxdur. Musiqiyə çox bağlıyam. Bizim xalq və bəstəkar mahnılarını çox sevirəm. Həmişə istəyirəm bu musiqiləri təbliğ edim” — deyə o bildirib.

Qeyd edək ki, sosial şəbəkələrdə çobanlıq edərkən ifa etdiyi mahnılardan sonra məşhurlaşan Pərvin Səfərov tələbə adını qazanıb.

Pərvin Səfərovun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

Xəbər lenti
0