Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Politoloq: “Ərdoğanın partiyasının hədəfləri dəyişməyib”

© Sputnik / Murad OrujovElxan Şahinoğlu
Elxan Şahinoğlu - Sputnik Azərbaycan
Abunə olmaq
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyir ki, illərin müttəfiqi ABŞ Türkiyəyə qarşı ədalətsiz sanksiyalar tətbiq edir

Elxan Şahinoğlu: “Türkiyə problemlərini həll edəcək”
“Ədalət və İnkişaf Partiyasının(AKP) hədəfləri dəyişməyib, öz yolunda davam edir”. Bunu Sputnik Azərbaycan-a Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın yenidən AKP sədri seçilməsini şərh edərkən “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib.

Politoloq bildirib ki, Türkiyə indi daxili və xarici siyasətdə ciddi problemlərlə üz-üzədir: “Xarici siyasətdə illərin müttəfiqi ABŞ Türkiyəyə qarşı ədalətsiz sanksiyalar tətbiq edir. Belə bir məqamda Ərdoğan bu problemlərin həllini tapmasını qarşısına hədəf qoyub. Bu siyasətdə Ərdoğana dəstək verən dost dövlətlər var. Onların içində Azərbaycan ilk yerdədir. Azərbaycan və Türkiyə strateji müttəfiqdir. Düşünürəm ki, Türkiyə problemlərini həll edəcək”.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı Ədalət və İnkişaf Partiyasının sədri vəzifəsinə yenidən seçilməsi münasibətilə təbrik edib.

Politoloqun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

Xəbər lenti
0