12:39 20 Avqust 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0254
  • EUR1.8846
Məlahət Mürşüdlü
© Sputnik / Murad Orujov

Ekspert məktəbəqədər hazırlıq qruplarının önəmini şərh edir

RADİO
Qısa URL
161 0 0

Təhsil eksperti Məlahət Mürşüdlü deyir ki, proqramların və təhsilin məzmunun yeni olması bunu tələb edir

Dünəndən respublika üzrə ümumi təhsil müəssisələrində məktəbəhazırlıq qruplarına sənəd qəbulu başlayır.

Təhsil eksperti Məlahət Mürşüdlü Sputnik Azərbaycan-a deyir ki, məktəbəhazırlıq qruplarına maraq çox böyükdür: “İlbəil bu tendensiyanın artmasını müşahidə edirik. Proqramların və təhsilin məzmunun yeni olması bunu tələb edir. Ona görə də məktəbəqədər təhsil müəssisələrinə getməyən uşaqların bu qruplarda hazırlıq prosesi keçməsi çox vacibdir. Artıq beş ildir ki, bu qruplar açılıb. Layihənin tətbiq olunduğu məktəblərin, şagirdlərin sayının artmasını görürük”. 

Qeyd edək ki, Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şirvan, Naftalan şəhərlərində Abşeron, Yevlax, Samux rayonlarında yerləşən ümumtəhsil müəssisələri üzrə məktəbəhazırlıq qruplarına sənəd qəbulu elektron qaydada — mektebeqebul.edu.az saytı vasitəsi ilə həyata keçiriləcək.

Ekspertin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

Əsas mövzular