23:15 20 Avqust 2018
Canlı yayım
  • RUB0.0253
  • USD1.7000
  • EUR1.9423
Sahib Məmmədov, hüquq müdafiəçisi
© Foto : şəxsi Facebook səhifəsindən

Ekspert: “DOST süründürməçiliyi aradan qaldırmaq üçün yaradılıb”

RADİO
Qısa URL
18510

Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri Sahib Məmmədov deyir ki, agentliyin yaradılmasında məqsəd sosial xidmətlər sahəsində şəffaflığı artırmaq, əhaliyə göstərilən xidmətləri asanlaşdırmaqdır

Prezident İlham Əliyev avqustun 9-da əhalinin məşğulluğu, əmək, sosial müdafiə və təminat sahələrində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında Fərman imzalayıb. Fərmana əsasən, əhalinin məşğulluğu, əmək, sosial müdafiə və təminat sahələrində vətəndaşlara göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi, şəffaflığın artırılması, innovativ həllərin tətbiqi və elektron xidmətlərə keçidin sürətləndirilməsi, habelə süründürməçilik hallarının qarşısının alınması və vətəndaş məmnunluğunun artırılması məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi” publik hüquqi şəxs (DOST Agentliyi) yaradılıb.

Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri Sahib Məmmədov Sputnik Azərbaycan-a deyir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində müvafiq şöbələr bu xidmətləri paralel olaraq yerinə yetirir: 

“Yeni agentliyin nizamnaməsi dərc olunana qədər onun haqqında geniş danışmaq mümkün deyil. Bu agentliyin yaradılmasında məqsəd sosial xidmətlər sahəsində şəffaflığı artırmaq, süründürməçilik və bürokratiyanı aradan qaldırmaq, əhaliyə göstərilən xidmətləri asanlaşdırmaqdır. Fikrimcə agentlik yaradılandan sonra onunla paralel bu işləri görən qurumlar da onun tabeliyinə verilməlidir”.

Ekspertin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

Əsas mövzular