SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Ekspert: “Aktau sammiti Xəzəryanı dövlətlər üçün əhəmiyyət kəsb edir”

Abunə olmaq
Azərbaycan Respunlikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının kafedra müdiri Çingiz İsmayılov deyir ki, Xəzərin resurslarının istifadəsi, ekoloji problemlərinin həlli ilə bağlı məsələlər bu sammitdə əhəmiyyət daşıyır

Çingiz İsmayılov: “Aktau sammiti həll olunmayan məsələlərin razılaşdırılmasına təkan verəcək”
“Aktau sammiti Xəzəryanı dövlətlərin əlaqələrinin dərinləşməsinə köməklik edəcək”. Bunu Xəzəryanı dövlətlərin Aktauda keçiriləcək sammiti ilə bağlı Sputnik Azərbaycan-a  açıqlamasında Azərbaycan Respunlikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının kafedra müdiri Çingiz İsmayılov deyib.

Ekspert bildirib ki, Xəzərin resurslarının istifadəsi, ekoloji problemlərinin həlli ilə bağlı məsələlər bu sammitdə əhəmiyyət daşıyır: “Bu məsələlərin həlli ölkələr arası münasibətlərin daha da inkişafına təkan verəcək. Sammit Xəzərlə bağlı həll olunmayan məsələlərin razılaşdırılmasına təkan verəcək. Bu samit həm də Xəzərin İran və Türkmənistan arasında bölünməsi məsələsinə də imkan yaradacaq. Bu da ekoloji vəziyyətin qiymətləndirilməsi üçün birgə monitorinq qruplarının fəalliyətinə şərait yaradacaq”.

Qeyd edək ki, avqustun 12-də Aktauda keçiriləcək Xəzəryanı dövlətlərin sammitində Xəzər dənizinin siyasi-hüquqi statusu haqqında Konvensiyanın qəbulu gözlənilir. 

Xəbər lenti
0