05:06 16 Avqust 2018
Canlı yayım
  • RUB0.0255
  • USD1.7000
  • EUR1.9254
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) dosenti Elşən Bağırzadə
© Foto : UNEC-in mətbuat xidməti

Türk lirəsinin ucuzlaşmasının manata təsiri olacaqmı – ekspert şərhi

RADİO
Qısa URL
228 0 0

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) dosenti Elşən Bağırzadə deyir ki, hazırda inkişaf etməkdə olan bazarlardan valyutanın çıxışı müşahidə olunur

Türkiyənin milli valyutası olan lirənin məzənnəsi ABŞ dolları və avro ilə müqayisədə sürətlə aşağı düşür. 

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) dosenti Elşən Bağırzadə Sputnik Azərbaycan-a deyir ki, türk lirəsinin ucuzlaşmasının Azərbaycan manatına ciddi təsiri olmayacaq: 

“Türk lirəsinin ucuzlaşması təkcə Türkiyə iqtisadiyyatı ilə bağlı olan məsələ deyil. İnflyasiya ilə mübarizə üçün faiz dərəcələrinin yüksəldiləcəyi ehtimalı var. Bu səbəbdən də inkişaf etməkdə olan bazarlardan valyutanın çıxışı müşahidə olunur. Qarşıdakı dövrdə dünya bazarında ABŞ dollarının dəyərlənməsi gözlənilir. Bu isə nəinki Azərbaycan manatına bütün valyutalara təsir göstərəcək”.

Qeyd edək ki, hazırda Türkiyənin Mərkəzi Bankının müəyyən etdiyi məzənnəyə əsasən 1 ABŞ dolları 5.28 lirəyə dəyişdirilir. Qara bazarda isə bir dollar təxminən 5.33 lirəyə alınır. Hökumətin gördüyü tədbirlər nəticəsində bazarda xarici valyuta tapmaq problemi yoxdur.

Ekspertin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

Əsas mövzular