05:36 11 Dekabr 2018
Canlı yayım
  • USD1.7000
  • RUB0.0256
  • EUR1.9424
AR Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının müəllimi Zaur Məmmədov
© Sputnik / Murad Orujov

Politoloq: “Azərbaycanlı gənclər region ölkələrinin gənclərindən irəlidədirlər”

RADİO
Qısa URL
144 0 0

Politoloq Zaur Məmmədov deyir ki, gənclərimizin potensialından istifadə etmək üçün dünyanın müxtəlif yerlərindən, təhsil aldıqları ölkələrdən orada qalıb fəaliyyət göstərmələri üçün təkliflər edilir

Bu gün Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində keçirilən tədbirdə gəncliyin problemləri və həll yolları mövzusunda azərbaycanlı və rusiyalı gənclər arasında müzakirələr aparılıb.

Tədbirin iştirakçılarından olan Prezident yanında Dövlət İdarəçilik Akademiyasının müəllimi, politoloq Zaur Məmmədov Sputnik Azərbaycan-a deyir ki, dünyanın harasında olmasından asılı olmayaraq gəncliyin problemləri eynidir: 

“Bu gün Azərbaycan gəncləri regionun və qonşu ölkələrin gənclərindən geri qalmırlar, hətta irəlidədirlər. Bütün beynəlxalq yarışlarda gənclərimiz yüksək nəticələr göstərirlər. Bu gün gənclərimizin potensialından istifadə etmək üçün dünyanın müxtəlif yerlərindən, təhsil aldıqları ölkələrdən orada qalıb fəaliyyət göstərmələri üçün təkliflər edilir. Azərbaycan gəncləri müxtəlif təşkilatlar altında fəaliyyətlərini davam etdirirlər. Onların əsas hədəfi Azərbaycanın haqq səsini digər ölkələrdəki gənclərə çatdıra biməkdir”.

Qeyd edək ki, 1998-ci ildə Lissabonda gənclərlə iş üzrə nazirlərin iştirakı ilə keçirilən beynəxalq konfransda hər il avqustun 12-nin dünyada Gənclər Günü kimi qeyd olunması qərara alınıb. 

Əsas mövzular