01:41 14 Dekabr 2018
Canlı yayım
  • USD1.7000
  • RUB0.0256
  • EUR1.9322
Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov
© Sputnik / Murad Orujov

Ekspert: “Vətəndaşlar ekologiyanı çirkləndirən obyektləri boykot etməlidirlər”

RADİO
Qısa URL
217 0 0

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyir ki, əgər əhali elə yerləri boykot etsə, dövlət orqanlarının qərarları asanlıqla yerinə yetirilər

Bakı şəhərinin müxtəlif rayonlarında fəaliyyət göstərən ictimai iaşə obyektləri, restoran, kafe, şadlıq sarayları tərəfindən atmosferi tullantılarla çirkləndirmə, yerləşdikləri ərazilərdə, xüsusilə sakinlərin kütləvi istarahət yerlərində ətraf mühitə ziyan vurmaları və vətəndaşların haqlı narazılıqlarına səbəb olan amillərə yol vermələri hallarının sayı artıb. Bununla əlaqədar Bakı Şəhər İcra Hakimiyyəti və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşəbbüsü ilə Nizami Rayon İcra Hakimiyyətində geniş müşavirə keçirilib. Müşavirədə bu obyektlərin fəaliyyətləri və insanların rahatlıqları arasında ziddiyətləri aradan qaldırmaq üçün həmin müəssisələrdə müvafiq təmizləyici cihazlar quraşdırılması təklif edilib.

Azad İstehlakçılar Birliyinin(AİB) sədri Eyyub Hüseynov Sputnik Azərbaycan-a deyir ki, dövlət orqanlarının gördüyü bu iş təqdirə layiqdir: “ETSN bunu çoxdan etməli idi. Düşünürəm ki, görüləcək tədbirlər ətraf mühitin çirklənməsinin qarsının alınmasınavə insanların narahat edən halların aradan qaldırılmasına təsir edəcək. Bu işdə əhalinin fəallığı lazımdır. Əgər əhali elə yerləri boykot etsə, dövlət orqanlarının qərarları asanlıqla yerinə yetirilər. AİB ETSN-nin cərimələdiyi və xəbərdarlıq etdiyi şadlıq və restoranlardan əhalinin imtina etməsi üçün iş aparacaq”.

Qeyd edək ki, sözü gedən müşavirədə yaxın vaxtlarda Bakı Şəhər İcra Hakimiyyəti və Ekologiya vəə Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarının birgə reydlərə başlayacağı, sakinlərin rahatlığını pozan, narahatçılıq yaradan iaşə obyektləri və sadlıq sarayları ilə bağlı qanunvericiliyin tələblərinə uyğun tədbirlər görüləcəyi vurğulanıb.

Ekspertin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

Əsas mövzular