09:19 15 Oktyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0265
  • EUR1.8752
psixoloq Taryel Faziloğlu
© Sputnik / Murad Orujov

Psixoloq: “Sosial şəbəkələr boşanmaya əsas səbəb deyil”

RADİO
Qısa URL
126 0 0

Psixoloq Taryel Faziloğlu deyir ki, Azərbaycanda ailədaxili münasibətlər köhnə qaydada idarə olunur

“Azərbaycanda klassik ailə modeli dağılıb”. Bunu Sputnik Azərbaycan-a sosial şəbəkələrin ailə münasibətlərinə təsirini şərh edərkən psixoloq Taryel Faziloğlu deyib.

“Klassik ailə modelinin yerinə yeni ailə modeli qoyulmayıb. Görüntü olaraq yeni ailə modeli var, amma şüur altında isə klassik ailə modeli qalmaqdadır. Azərbaycanda ailədaxili münasibətlər köhnə qaydada idarə olunur. Gənclər isə açıq şəkildə bu qaydalardan imtina etmək istəyirlər. Gənclər imtina etdikləri adətlərin əvəzinə heç nə qoya bilmirlər. Azərbaycanda cütlüklərin konkret olaraq cinsi həyat haqqında məlumatları olmur və bu da sonradan böyük problemlərin yaranmasına səbəb olur. Sosial şəbəkələr isə boşanmaya əsas səbəb deyil. Sadəcə olaraq cüzi təsir edə bilər. Ona görə də sosial şəbəkələri səbəb göstərmək, sadəcə absurddur” — deyə psixoloq bildirib.

Psixoloqun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

Əsas mövzular